Rusiya prezidenti Vladimir Putin parlamentinin yuxarı palatası – Federasiya Şurası tərəfindən iyunun 25-də ratifikasiya olunmuş Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafına dair müqaviləni təsdiq edib.
Virtualaz.org xatırladır ki, sənəd 2013-cü ilin iyunun 25-də Yerevanda imzalanıb. Müqavilə hər iki ölkənin milli silahlı qüvvələr, hərbi birləşmələr, hüquq mühafizə və xüsusi xidmət orqanlarının hərbi təyinatlı məhsullarla təchiz edilməsi qaydalarını müəyyən edir.
Müqaviləyə əsasən, hərbi təyinatlı məhsulların təchizatı Rusiya və Ermənistanın səlahiyyətli təşkilatlarının bağladığı müqavilələr əsasında, daşınma üçün lisenziya verilmədən həyata keçiriləcək.