Bu gün Zaqatala rayonu ərazisində baş verən 6 ballıq zəlzələ nəticəsində hər hansı dağıntı və xəsarət alanların olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Hurriyyet.org xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
***
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.
RSXM-dan verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
***
Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.
***
Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.
Hurriyyet.org xəbər verir ki, yeraltı təkanlar hiss olunub.
Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər.