ANS-in bağlanması yenidən gündəmə gəlib
Cumhuriyyet.az aktual.az-a istinadən xəbər verir ki, bununla bağlı artıq qeyri-rəsmi tapşırıq da verilib.
Bildirilir ki, buna səbəb isə ötən gün sübh namazı zamanı ANS-in efirində azanın verilməsi olub.
Mənbənin sözlərinə görə, efirdə azan səsləndirildikdən sonra vəzifə sahiblərindən biri ANS rəhbərliyi ilə əlaqə yaradaraq sabahdan efirdən azanın verilməsinə son qoymağı tələb edib.
Əks halda telekanalın bağlanmasına göstəriş veriləcəyini vurğulayıb.
Şirkət rəhbərliyi isə bununla razılaşmayıb və azanın efirdən veriləcəyini həmin şəxsin diqqətinə çatdırıb.
Mövzu ilə bağlı ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı, zənglərimiz cavabsız qaldı.