Lənkəranda yeni narkoloji dispanserin açılış mərasimi olub.
anaxeber.info-ın verdiyi xəbərə görə, açılış mərasimində respublika səhiyyə nazirinin müavini Elsevər Ağayev, DGK sədrinin müavini, gömrük xidməti general - leytenantı Əsgər Abdullayev, rayon rəsmiləri və səhiyyə işçiləri iştirak ediblər.
Ə.Abdullayev bildirilib ki, DGK-nın təşkilatçılığı və BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıq İdarəsinin dəstəyi ilə 2011-ci il oktyabrın 17–18-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilib.
İyirmi çarpayılıq xəstəxananın açılışında E.Ağayev cənub regionunda bu sahədə vəziyyətin ürəkaçan olmadığını, narkotik asıllılıqdan əziyyət çəkən xəstələrin regionda müalicə olunmasının vacibliyini xüsusi vurğulayıb. Xəstəxananın xidmətindən Lənkəranla yanaşı, cənub bölgəsinin daha 6 rayonunun narkotik asılılıqdan əziyyət çəkən xəstələri istifadə edə biləcəklər.