“Ermənistan hələ ki, Putin siyasətinin yeganə qələbəsidir”.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediasında analitik yazı dərc edilib. Yazıda siyasi qaynaqlara istinadla Sərkisyanın Putini əsəbləşdirməməyə çalışacağı bildirilir:
“Rusiya Avrasiya İttifaqını Minsk və Astana sayəsində iqtisadi birlikdən o yana keçirə bilmədi. Bununla bərabər, o, iqtisadiyyatını məhv edən sanksiyalardan da qaça bilmədi. Ona görə də Moskva imperiyanı xilas etmək üçün ən zəifdən başlamağı qərarı alıb. Ermənistan hələ ki, Putin siyasətinin yeganə qələbəsidir. Burada onlar öz təməllərini yenidən qurmuş olacaqlar. Bunun üçün Rusiya yeganə variant olaraq yalnız bölgədə müharibə ocağını qızışdırmalıdır. Bəs Ermənistanda nə baş verir? Ermənistanda sadəcə olaraq gözləyirlər. Onlar Bakının addımlarına ümid edirlər. Çünki nə Ukrayna, nə Gürcüstan, nə də ki, Azərbaycan Rusiyanın Qafqazda planlarını reallaşdırmasına imkan verir. Minsk Qrupu da regionda status-kvonu dəyişməyəcək.
Ermənistanda siyasi partiyalar da gözləyirlər. Sadəcə Moskvanın əliylə Sərksiyanı devirib, hakimiyyətə özlərinin gəlməsinə ümid edirlər. Ona görə də Sərkisyan bacardığı qədər Putini əsəbləşdirməyəcək. Görünür, Qarabağ ətrafında İrəvan heç vaxt söz sahibi olmayacaq”.