Qəddafi gizli hərəmxanasında azyaşlı qızları nəyə məcbur edirmiş? -DƏHŞƏTLİ FAKTLAR

2-09-2019, 08:26   
 

2011-ci ildə xalq tərəfindən linç edilən Liviya diktatoru Muammer Qəddafinin ölümündən sonra həyatı ilə bağlı sirli məqamlar üzə çıxdı. Həmin məqamların əksəriyyəti mediaya sızdırılandan sonra insanları heyrətə gətirmişdi.
Qəddafinin hamıdan gizli saxlanılan hərəmxanası, ora zor hesabına gətirilən qadınlar haqqında sirlər onun hərəmxanasında qurban edilən gənc xanımlardan birinin Fransa mətbuatına geniş açıqlamasından sonra dünya mediasının diqqətini çəkdi. Fransız jurnalistlərdən biri hərəmxananın qurbanı olan gənc xanım Seruyanın bütün açıqlamalarını toplayaraq kiçik kitabça şəklində çap etdirdi.
Publika.az xəbər verir ki, kitab Seruyanın Qəddafini ilk dəfə necə görməsinin təsviri ilə başlayır. Məktəblərin birində keçirilən bayramda Qəddafiyə gül dəstəsini məhz o təqdim edir. Qəddafi həyəcanlı yeniyetmə qıza diqqətlə baxır və onun saçını oxşayır. Təbii ki, ilk anda həm ərafdakılar həm də Seruyanın özü bunu nəvaziş kimi qəbul edirlər. Lakin sabahısı gün, hərbi formada olan, cüssəsinə görə kişiləri xatırladan bir qadın məktəbə gələrək Seruyanı başqa bir yerdəki bayrama aparacağını və orada da Qəddafiyə gül dəstəsi verəcəyini deyir. Təbii ki, nə məktəb müdiriyyətinin, nə də qızın valideynlərinin buna etiraz etmək şansları belə yox idi.
Məlum məsələdir ki, gənc qız Qəddafinin gözdən-qulaqdan uzaq iqamətgahına və oradakı gizli hərəmxanaya aparılır. Növbəti gün Qəddafinin gecə istirahəti üçün hazırlanan qız diktatorun otağında ona müqavimət göstərir. Qəddafi hərəm işlərini aparan Məkbulə adlı qadına "buna təlim keçin, sonra yenidən gətirin",
deyir. Ondan sonrakı günlərdə isə Seruya bir neçə dəfə Qəddafinin otağına aparılmaq və gecəni orada keçirtmək məcburiyyətində qalır. Seruya ifadələrində Qəddafinin bəzən gecələr bir neçə qızla eyni vaxtda cinsi təmasda olduğunu qeyd edib. Onun sözlərinə görə, cinsi istismara məruz qalan qızların əksəriyyətinin yaşı 13 yaşdan aşağı olardı.
Kitabda Qəddafinin cinsi həyatı ilə bağlı başqa çox faktlar da var. Onun hətta yüksək postlarda çalışan şəxslərin ailə nümayəndələrini də cinsi istismara çəkdiyi qeyd edilir. 17 yaşlı Hüda adlı qız tərəfindən deyilən faktlarda bu detal özünü doğruldur.
Başqa bir məsələ isə, Qəddafinin qadın qoruyucuları ilə bağlıdır. Diktatoru hərbi geyimli, kifayət qədər zabitəli və yüksək təlim keçmiş peşəkar qadın cangüdənlər qoruyurdu. Həmin cangüdənlər də vaxtilə cinsi istismara məruz qalmış qadınların arasından seçilirdi.
Seruyanın sözlərinə görə, Qəddafi ölsə də, yenə də onun qorxusu insanların üzərində gəzməkdədir. Bu səbəbdən də cinsi istismara məruz qalan bir çox qadınlar bu haqda nəsə deməkdən çəkinirlər.
Seruya bəzən hətta yeniyetmə oğlanları belə tərəf müqabili kimi seçən Qəddafinin bu aludəçiliyi ilə bağlı məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.
Seruyanın ifadələri əsasında çap edilən "Les Proies: Dans le harem de Kadhafi" kitabda Qəzzafinin əxlaqsızlığından, bəyəndiyi azyaşlı qızları sarayına salaraq orada həmin qızların başına zülmlər açması barədə başqa faktlar da var.
Məsələn, zorla cinsi əlaqəyə məcbur edilən qızların bəzilərini yaxınlarını öldürtməklə hədələyirdilər.
18 yaşlı Huda adlı qızı evindən gizli saraya apararaq qardaşını öldürmək hədəsi ilə cinsi əlaqəyə məcbur ediblər:
"Qəddafinin adamları dedilər ki, "hökumət əleyhinə şeir yazmış" qardaşının azad olunmağını istəyirsə, onunla yatmalıdır.
Qəddafi hər gün ən azı 3 bakirə qızı zorlamasa, sakitləşmirdi. Məni krujevalı alt paltarı geyinib yanında oturmağa, pornoqrafik filmlərə baxmağa vadar edirdi".
Təəssüflər olsun ki, Qəddafinin zorladığı qadınların heç birini ailəsi geri qəbul etməyib. Bəzilərini isə qohumları, ailə üzvləri öldürməklə hədələyiblər. Halbuki, bədbəxt qızların heç bir günahı olmadığını ən yaxşı elə onların özü bilib. Qızlarını qoruya bilmədiyi üçün özlərini günahlandırmayan kişilər, təəssüflər olsun ki, bütün nöqsanları biçarə qızlarda gördülər...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.