Rüşvətxorluğu ifşa edənlər həbs olunur

2-07-2014, 10:47   
Rüşvətxorluğu ifşa edənlər həbs olunurAXCP İlham Əliyevə müraciət edən Əliabbas Rüstəmovun həbsini təsadüfü saymır

“Hakimiyyət bütün dünyanın gözünün Azərbaycanda olduğu günlərdə də repressiv addımlarından əl çəkmir. Hüquqşünas, vəkil Əliabbas Rüstəmovun qondarma əməliyyatla şərlənərək həbs edilməsi bir daha onu göstərir ki, iqtidar sağlam düşünmək imkanlarını itirib. Məhz ona görə ki, Əliabbas Rüstəmov bu ilin 17 Martında Ilham Əliyevə müraciət edərək yüz milyonlarla dövlət vəsaitinin mənimsənilməsinə dair faktları onun diqqətinə çatdırmışdı.
Normal cəmiyyətlərdə bu cür vicdanlı və sayıq vətəndaşlara təşəkkür edilsə də, Əliyevlərin qurdğu sistemdə onların yeri həbsxana olur”. Bu sözlər Azərbaycan Xalq Cəbhəsi partiyasının vəkil Əliabbas Rüstəmovun həbsinə dair yaydığı bəyanatdandır. AXCP hesab edir ki, hakimiyyət məhz korrupsiya sisteminin üzərində dayandığı üçün, irli xırdalı rüşvəti idarəetmə mexanizmi seçdiyi üçün hər bir korrupsiya faktının ifşasını sistemə dəyən zərbə kimi qiymətləndirir və buna görə də vicdanlı vətəndaşlara divan tutur. Partiya hesab edir ki, jurnalist Ərşad Ibrahimovla bağlı həps şərləmə əməliyyatında da bu motivlər qabarıq olub. AXCP bəyan edir ki, Ilham Əliyev şəxsən ona müraciət edib rüşvətxorluğu ifşa edən şəxsin həbsinə göz yummaqla ya həmin rüşvətin ya da sözügedən həbsin arxasında olduğunu təlqin edir. Əks halda Əliabbas Rüstəmov deyil, əsl cinayətkarlar cəzalandırlmalı idi. AXCP hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoyma, ölkəni qorxulu poerespektivlərə sürükləməkdən çəkinməyə çağırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.