"Bu xəstəlik Səhiyyə naziri Oktay Şirəliyevin bacısı Rəna Şirəliyevin nəzarətindədir"

17-09-2019, 08:57   
 


Adiyeva Səadət

Bakı şəhər sakini Adiyeva Səadət qızının xəstəliyi ilə bağlı redaksiyamıza müraciət edib. Bildirir ki, qızı Abdullayeva Rənada kəskin başağrılar olduğu üçün ilk olaraq Daxili Qoşunların hospitalına üz tutublar. Ona dağınıq slleroz diaqnozu qoyulub. Sonra Mərkəzi Klinik Xəstəxanada, Medistiyle Klinikasında müalicə olunub. Bildirilib ki, bu xəstəlik Səhiyyə naziri Oktay Şirəliyevin bacısı Rəna Şirəliyevin nəzarətindədir. Xəstəni onun yanına göndəriblər. Adiyeva Səadət qeyd edir ki, Rəna Şirəliyevin işlədiyi diaqnostika mərkəzi hər dəfə qəbula gedəndə 100 manat alınır. Yazdığı reseptlər isə müalicəyə yaramır. Digər həkimləri isə müalicəyə buraxmır. Bunu diaqnostika mərkəzində işləyən adının anonim qalmasını istəyən həkimlər deyib.
Şikayətçi qeyd edib ki, 2012-ci ildən dağınıq skleroz xəstəliyi xüsusi xəstəliklər siyahısına salınıb, müalicəsi isə tam dövlət hesabına olmalıdır.
Adıyeva Səadət sonuncu dəfə “Bona Dea” Beynəlxalq Hospitalına müraciət etdiklərini bildirib. Onlar xəstənin dərhal ora yerləşdirilməsinin vacibliyini vurğulayıblar. Depozit kimi 3000 manat borc-xərc tapıb xəstəni “Bona Dea” hospitalına yerləşdirmək qərırı veriblər. Lakin müalicə xərclərini neçə ödəyəcəkləri problem olaraq qalır. Bildirildiyinə görə bu xəstəliyin müalicəsi üçün dərmanlar xaricdən gətirilməlidir və qiymətlər 12 min avrodan başlanılır.

Şirəliyeva Rəna

Əlacsız durumda qalan xəstənin yaxınları xarici dövlətlərin səfirliklərinə müraciət ediblər. ABŞ və İsrail səfirliklərindən onlara müraciət əsasında qəbul olunacaqları bildirilib. Amma nəticənin necə olacağı məlum deyil. Azərbaycanda aidiyatı üzrə müraciət olunan orqanlardan isə heç bir reaksiya verməyib.

Xəstənin 2 ay yarımlıq bir körpəsi də var.
Səhiyyə Nazirliyindən məsələ ilə bağlı cavab ala bilmədik. Buna baxmayaraq onların mövqe bildirmək hüququ saxlanılır.

azadliq. info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.