Qazaxlı iş adamı Elçad Məmmədov Hacı İbrahim Nehrəmliyə: "Sən mənim haqqımı yemisən və mən sona qədər, səninlə mübarizəmi aparacam"
İki mənzil üçün "AVESTA" Konserninə daxil olan "HƏSƏN-96" MTK-ya ödədiyi 355 min manatı ala bilməyən Qazaxlı iş adamı Elşad Məmmədov iyulun 2-də RATİ-də növbəti mətbuat konfransını keçirib.
Azərbaycanda ən iri iş adamlarından biri olan Hacı İbrahim Nehrəmli tərəfindən haqqı tapdalanan Qazaxlı iş adamı Elşad Məmmədov 355.000 manatının batırılmasına qarşı bütün çabalarının nəticəsiz qalması üzündən, ağzını tikməklə etiraz etməyə məcbur olmuşdu. Konkret olaraq, bu hadisənin detallarını və Elşad Məmmədovun haqlı olmağı məsələsi hüquqi həllini tapmasa da, ümumilikdə Azərbaycandakı orta və kiçik ranqlı iş adamları üçün simvoıik xarakter daşıyır. Təbii ki, Hacı İbrahim səviyyəsində hakimiyyətdə dayaqları olan iri iş adamları daha fərqli vəziyyətdədirlər və belə problemlərin əksəriyyəti məhkəmələr tərəfindən məhz onun kimilərin xeyrinə həll olunur.
Məşhur iş adamı deyir ki, agzını tikən E.Məmmədov guya ona məxsus restoranda həmin 355.000 dəyərində iş görməli imiş görməyib. Yaxşı, tutaq ki, iş görməliymiş? Bəs, hanı hüquqi sənədlər ki, E.Məmmədovun imzasıyla müqavilə bağlanaraq təsdiqini tapsın? Təbii olaraq yoxdur. Amma, Elşad Məmmədovun əlində "AVESTA" Konserninə daxil olan "HƏSƏN-96" MTK-dan 51 və 52 saylı mənzillərin satın alınması haqqında bütün hüquqi sənədlər var.
Buna baxmayaraq hər iki mənzilin E.Məmmədovun əlindən alınması düzgündürmü? Hər halda 355000 manatlıq iş tapşirılan şəxs ağıldan kəm olmazdı, beləsinə Hacı ibrahim də bu dəyərdə iş tapşırmazdı və agzını tikməsi də onun hansısa əqli çatışmazlığı deyil, çox böyük ehtimalla çıxılmaz vəziyyətə düşməsi ilə bağlıdır.Sizi əmin edə bilərik ki, Azərbaycanda E.Məmmədovdan qat-qat böyük məbləğdə pulu batırılan və haqqı tapdanan çoxlu sayda iş adamları var. Ancaq onlar ağızlarını iynə-sapla tikməklə deyil, sadəcə susmaqla yumublar.
Elşad Məmmədov: - “Azərbaycanda qanunlar işləmir"
Hacı İbrahim Nehrəmli öz gücündən istifadə edib bütün məhkəmələrdə öz xeyrinə qərar cıxartdırır. Sonra isə ağız dolusu deyir ki, haqlı olsaydı, məhkəmələrdə uduzmazdı. Mən sual edirəm? Hansı məhkəmələrdən danışır bu milyarder????
1.Nəsimi məhkəməsinin hakimi Səyyad Qafari mənim iştirakım olmadan saxta və yalancı şahidlərin ifadəsi ilə mənim mənzillərimi ləğv edib. Məni heç məhkəməyə cağırmayıblar!!!! Mənə sonradan məhkəmə qərarı gəlib ki məhkəmə olub və mənim evlərimi alıblar əlimdən.
2.Bu haqsız və ədalətsiz qəradan məcbur olub vəkil Kamil Əliyevlə birlikdə Apelasiya məhkəməsinə şikayyət verdim.Hakim Xuraman Məhərrəmlinin sədirliyi ilə kecdi məhkəmə. Xuraman Məhərrəmli mənim qanuni sənədlərimi görüb əkis tərəfin nümayəndəsinə SUAL VERDİ: “SİZ ÇOX İŞ BİRLİYİNDƏN DANIŞIRSINIZ..VƏTƏNDAŞ MƏMMƏDOV ELŞAD SİZƏ İŞ GÖRMƏLİDİR? HANSISA BİR MÜQAVİLƏDƏ ONUN İMZASI VAR? ONUN NÜMAYƏDƏSİ DEYİR YOXDUR. Hakim Xuraman Məhərrəmli loru sözlə belə deir: “Siz nə danışırsınız bu sizin ücün bazarda 1 kiloqram alma alveri deyil..Vətəndaşin qanuni sənədləri var!!!!! Bəs bu sözü deyən hakimə nə oldu ki, sonrakı məhkəmə iclasında Allahdan qorxmadan mənim sənədlərimi ləgv etdi. Budur, məhkəmə! Mən bu qərardan sonra ayağa qalxıb Xuraman Məhərrəmli və yanındakı hakimlərə dedim ki, Allah bəlanızı versin, övladlarınızın başına gəlsin belə bir haqsızlıq...Heç biri səsini çıxartmadı.. Budurmu sənin dediyin məhkəmə ədaləti? Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət
3.Ali məhkğmənin hakimi Qəhrəman Allahverdiyev....Bu məhkəmədə iclas başadıqda mən hakim Qəhrəman Allahverdiyevə onun başı üzərində böyük həriflərlə yazılmış yazını xatırlatdım....ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR...Sözlərinə əməl etsin. Axı mənim əlimdə qanuni sənədlərim var... maliyyə arayışı və kassa çekim...Lakin bu hakim də qorxusundan Nehrəmlinin xeyrinə qərar çıxardı.
4. Ali məhkəmənin pleniumunda görünməmiş bir iş oldu. Mənə dedilər ki, sənin işin Korrupsiya idarəsəsində araşdırılır . Mən sona qədər aclıq aksiyasını kecirəm.Və sonunda bu hakimlərin cəzalanmasını isləyirəm. Hansı ki qanunlara söykənərək yox, qorxudan, tapşırıqla qərar verirlər.
1.Səyyad Qafari - nəsimi rayon məhkəməsi
2.Xuraman Məhərrəmli- apelyasiya məhkəməsi 3.Qahrəman Allahverdiyev”- Ali məhkəmə
4.Ramiz Rzayev- Ali məhkəmə plenumunun sədri E.Məmmədov bildirir ki, Ali məhkəmənin plenumunun sədri Ramiz Rzayev (nehrəmli) hətta 31 hakimin və 10 mülki geyimli şəxlərin yanında dedi, protokolu belə dəyişdirmişəm.bu da ona əsas verir ki, mənim bütün məhkəmələri uduzmağımın səbəbkarı Hacı İbrahimin yerlisi Nehrəmli Ramiz Rzayevdir.