Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən hərbi xidmətə yollanan Nahid Cəmil oğlu Qarayev həlak olub. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, Bakının Sabunçu rayonunda yaşamış Nahid Qarayevin tərxis olunmasına 1 həftə qalıbmış. O, Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı N saylı hərbi hissəsində ehtiyatsızlıqdan həlak olub. Əsgərin üzərinə hərbi maşının aşdığı deyilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən məlumatı təsdiqləyiblər.
Nahid Qarayevin sentyabrın 20-də dəfn edildiyini bildiriblər.
Criminal.az xatırladır ki, son 2 gündə 3 hərbçi həlak olub. Cəlilabad, Söyüdlü kəndindən Sənan Afət oğlu Hüseynov xəstəlikdən, Samux, Sarıqaya kəndindən Elyarbəy Beyqalı oğlu Məmmədov naməlum səbəbdən, Sabunçu rayonundan isə Nahid Cəmil oğlu Qarayev ehtiyatsızlıq səbəbindən dünyasını dəyişib.