Çoxdanldır anonsu verilən, lakin hələ də yubanan icra başçılarının növbəti ələmə prosesi yaxınlaşmaq üzərədir. Hər halda, bu gün yayılan məlumatlardan belə anlaşılır.
Bildirək ki, DİA.AZ-ın elektron poçtuna konkret bir siyahı da göndərilib və qeyd olunur ki, yaxın günlərdə aşağıdakı rayonların icra hakimiyyəti başçıları vəzifələrindən azad ediləcək.
Həmin siyahını təqdim edirik:
1. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov;
2. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev;
3. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov;
4. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;
5. Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov;
6. Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov;
7. Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov;
8. Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov;
9. Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov;
10. Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev;
11. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;
12. Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov…
DİA.AZ bildirir ki, adları çəkilən icra başçıları ilə bağlı həqiqətən də son zamanlar şikayətlər yetərincə artıb. Bu barədə bir başqa qaynaqdan redaksiyamıza ötürülən informasiyalardan aydın olur ki, icra başçıları ilə bağlı növbəti kadr dəyişiklikləri prosesində məhz başçılardan narazılıq faktoru ciddi şəkildə diqqətə alınacaq. Yəni barəsində daha çox etiraz olan rayon rəhbərləri ilk olaraq vəzifələrindən azad ediləcəklər.