Qəzənfər Ağayev rayondan qaçıb?

3-07-2014, 16:17   
Qəzənfər Ağayev rayondan qaçıb?İcra Hakimiyyətindən başçının məzuniyyətdə olduğu deyilir, camaat isə onun şikayətçilərin əlindən rayonu tərk etdiyi bildirir

Astarada yaşanan dərin sosial-iqtisadi böhran üzündən vəziyyət dəhşətli şəkil alıb. İranla sərhəd olan rayonun camaatı bir müddət qonşu ölkədən gətirdiyi gündəlik tələbat mallarını satmaqla dolanışığını təmin etsə də, artıq buna da məhdudiyyət qoyulub. JAM.AZ-a verilən məlumata görə, düşdükləri ağır vəziyyətdən dolayı icra başçısı Qəzənfər Ağayevə müraciət edən sakinlər onlara heç bir köməklik edilmədiyini də vurğulayırlar.

Rayonda əsasən gəlirli sahələri ələ keçirməyə başı qarışmış Qəzənfər Ağayevin şikayətçilərin çoxalması səbəbindən onları qəbul etmədiyi də üzə çıxıb. Məlum olub ki, icra başçısı şikayətçilərlə üzləşməmək üçün müxtəlif vasitələrdən istifadə edib. Lakin son bir həftə ərzində şikayət edənlərin sayının çoxalması və onların Astara İcra Hakimiyyətinin binasının qarşısına toplaşması Ağayevi ciddi şəkildə narahat etməyə başlayıb. Bu səbəbdən də onun rayonu tərk etdiyi bildirilir.

Məsələni araşdırarkən Astara İcra Hakimiyyətindən bildiriblər ki, Qəzənfər Ağayev hazırda məzuniyyətdədir və iyulun 20-dən sonra işə çıxacaq. Amma JAM.AZ-a məlumat verən rayon camaatı iddia edir ki, icra başçısı şikayətçilərin əlindən qaçıb. Və ara sakitləşdikdən sonra geri dönəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.