Avropa Məhkəməsi 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması və sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəli 11 iş üzrə qərarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev öz facebook səhifəsində məlumat yayıb. Məlumatda deyilir: “Bir qədər əvvəl Avropa Məhkəməsi 11 iş üzrə qərarını elan edib. Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması,sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir. Məhkəmə qərarı ilə Ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınmışdır. Bilirəm ki, hamını kompensasiyaların məbləqləri maraqlandırır. Bunlar aşağıdakı kimidir:
- Arif Hacılı – mənəvi ziyana görə10 000+ hüquqi yardıma görə 1500
- Fuad Qəhrəmanlı- 10 000+1500
3.Babak Həsənov- 10 000+1500
4.Zülfüqar Eyvazov- 10 000+1500 - Arif Alışlı 10 000+1500
- Məhəmməd Məcidli 12 500+2500
7.Tural Abbaslı 10 000 - Elşən Həsənov 10 000+1500
9.Rüfət Hacıbəyli 10 000+1500
10.Sahib Kərimov 10 000+1500 - Ülvi Quliyev 10 000+1500
İlk 5 işdə ərizəçilərin nümayəndəsi mən olmuşam.
Bu qərarlar münasibətilə ərizəçiləri və onların nümayəndələrini təbrik edirəm
P.S. Bu qərarları oxuyan Azərbaycanın Avropa Məhkəməsi yanənda səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və ona göstəriş verənlər yəqin ki, kinayə ilə gülüb mənə xitab edirlər ki, “nə sevinirsən. Onsuz da bu qərarlardan sənə heç bir xeyir olmayacaq”. Hörmətli cənablar, bu qərarlar bir daha göstərir ki,sizlərin törətdiyiniz qanunsuz əməllərə, maneələrə baxmayaraq bu sahadə fəaliyyətim davam edib və bundan sonra da edəcək.Həm də unutmayın ki, mənə və digər həmkarlarıma, bir sıra ərizəçilərə qarşı etdikləriniz beynəlxalq aləmdə dövlətin nüfuzuna qəsdən vurduğunuz zərbələrin yanında xırda məsələdir”.