İŞİD Azərbaycan üzrə əmir təyin etdi

3-07-2014, 18:31   
İŞİD Azərbaycan üzrə əmir təyin etdiHəmin şəxsin adı hələlik açıqlanmır, onlar ölkədə tərəfdar toplayaraq, islam dövləti qurmaq üçün təblğat aparacaq

İraq və Suriya topaqlarının bir hissəsini işğal edən və orada özlərinə İraq Şam İslam Dövləti yaradan vəhhabilər yeni planlarını həyata keçirməyə başlayıblar. JAM.AZ ərəb mənbələrinə istinadən xəbər verir ki, terrorçuların yeni planına daxil olan əsas məsələ ayrı-ayrı dövlətlərdə güclənmək və oralarda təmsil olunmaqdan ibarətdir.

Məlumatda vurğulanır ki, İŞİD-in başında duranlar bu məqsədlə müxtəlif dövlətlər üzrə əmirlər təyin etməyə başlayıb. Belə ki, Ərəb yarımadasından tutmuş, Azərbaycana qədər bütün arealda onların təmsilçisi olmalarına qərar veriblər. Azərbaycanda İŞİD-i təmsil edəcək əmirin kimliyi barədə məlumat verilmir. Yalnız bilinən odur ki, həmin şəxs Suriya və İraqda terrorçularla birgə döyüşüb və bu səbəbdən də etimada layiq görülüb.

Onun əsas vəzifəsi Azərbaycanda islam dövləti qurulması üçün hazırlıq işləri görməsi, əhali arasında təbliğatın aparılması və tərəfdarların toplanılmasından ibarət olacaq. Dolayısı ilə bu şəxslər İŞİD-in «səfirləri» kimi çıxış edəcəklər.

Xatırladaq ki, İŞİD-lə birlikdə Suriya və İraqda 300-dən artıq azərbaycanlı vəhhabi də döyüşüb. Onların bir qismi döyüşlərdə ölsə də, bir qismi yeni dövlətin qurulmasında yaxından iştirak edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.