Bakının Binəqədi rayonuda 10 may tarixində baş vermiş son illərin ən qəddar qətlinin-Emin 444 cinayətinin təfərrüatları ilə bağli bəzi faktlar ortaya çıxıb.Qeyd edək ki, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, Emin Səfərov 78 bicaq zərbəsi almiş və xüsusi amansızlıqla öldürülmüşdür.
Hətta ən təcrübəli kriminalistlər Emin Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Qanlı hadisə ilə əlaqəli Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan, Həsən Tağıyev və kikboksçu Zaur Əli oğlu Yusifov saxlanilmışdı. Mərhumun anasının iddiasına görə, Emini qrup şəklində 5 nəfər öldürsə də cəmi 2 nəfər həbs edilib.Kanalımıza müsahibəsi zamanı Eminin anası istintaq işinin gedişatindan narazı olduğunu bildirərək Binəqədi rayon prokurorluğunun əməkdaşlarının işi düzgün aparmadıqlarını iddia etdi.
Eminin əmisi də işin gedişatında bəzi məqamlara toxunaraq məsələnin ört-basdır edilməsində rüşvət faktorunun olduğunu bildirdi.
Ailə bu cinayətin ədalətli,obyektiv araşdırılmasını və qətli törədən digər 3 nəfərin də istintaqa cəlb edilməsini tələb edir.
(kanal24.az)