Taleh Qaraşovu kim əvəzləyir?

3-07-2014, 18:57   
Taleh Qaraşovu kim əvəzləyir?Təqribən 1 ay əvvəl səhər saatlarında yayılan xəbər tezliklə bütün ölkəyə səs saldı: “Lənkəranın icra başçısı Taleh Qaraşov infark keçirib”… Dərhal icra başçısına yaxın olan şəxslər və Qaraşovla yaxın olan bəzi mətbu orqanlar bu xəbəri yalanlamağa çalışsa da, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından gələn rəsmi xəbər icra başçısının infarkt keçirməsini təsdiqlədi. Daha sonra isə T.Qaraşovun Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilərək ürəyinə stend qoyuldugu da açıqlandı. Hətta icra başçısının Bakıya helikopterlə gətirildiyi də vurğulandı. Təbii ki, bu hər bir insanın başına gələ bilər və necə deyərlər “ürəklə zarafat etmək” olmaz.

Bəs milyonların sahibi, istirahət etmək üçün kifayət qədər imkanları, dünyanın istənilən ölkəsinə gedərək ürəyindəki problemi milyonların hesabına belə həll etmək gücündə olan Taleh Qaraşov niyə infarkt oldu? Bəlkə, Lənkərandakı ac-susuz insanların dərdi onu bu hala salıb?.. Həkimlər və psixoloqlar deyir ki, “qara əməlləri” olan məmurlarda yaranan gözlənilməz ürək problemi hansısa qorxudan və qəfil gələn xəbərlə bağlı olur. Deməli, bir neçə gün əvvəl mətbuatın yazdığı kimi, T.Qaraşovun bərk danlanmasına, həsb olunmasından qorxmasına ürəyi dözə bilməyib…

Bizimxəbər.az-a daxil olan ilginc məlumata görə, Taleh Qaraşovun səhhətinin qəfildən pisləşməsi Prezident Administrasiyası tərəfindən kəskin danlanması ilə bağlı olub. Belə ki, icra başçısının qanunsuz fəaliyyəti və ən əsası son aylar 150 min rüşvət müqabilində bir nəfəri özünə müavin təyin etdirməyə çalışması və Lənkəran Mərkəzi Xəstəxanasının həkimi Nurəddin Qurbanovu ona verdiyi 150 min manat rüşvəti ört-basdır məqsədilə həbs etdirməsi haqda söhbətlərin Prezident Administrasiyasında müzakirə mövzusu olması yoldaş Qaraşovu bərk qorxuya salıb. Nəticə göz qabağındadır.

Bizimxeber.az-a daxil olan ekzklüziv məlumata görə, T.Qaraşov xəstəliyi ilə bağlı hələ də işə çıxmır. Rayonu telefon zəngi ilə nəzarətdə saxlayan icra başçısı öz tapşıqırlarını və göstərişlərini verir. Üstəlik, vəziyyətin bir qədər stabilləşməsini gözləyən T.Qaraşov müalicə üçün xarici ölkəyə də getməyi planlaşdırır. O, bu müddə ərzində yalnız bir gün Lənkəranda olub və görüntü xatirinə tədbirə qatılıb ki, yayılan söz-söhbətlərə son qoysun. İcra başçısı həmçinin psixoloji müalicə də alır ki, bundan sonra qəfil gələn xəbərlər zamanı məlum vəziyyətə düşməsin. Amma bu o demək deyil ki, T.Qaraşov öz postuna qalacaq. Əvvəla sağlamlığında problemi olan şəxsin dövlət qulluğunda işləməsinə qanun icazə vermir. Hər bir dövlət qulluqçusu ona tapşırılan görəvin öhdəsindən gəlmək üçün saglam olmalıdır və bu, ən vacib haldır. Ehtimal ki, T.Qaraşov da bu əsasla vəzifəsindən uzaqlaşdırlacaq. Yeri gəlmişkən qeyd edək ki, həkimlər infarkt keçirmiş şəxsin vəzifə tutmasını, istirahətsiz işləməsini, əsəbiləşməsini, həyəcan keçirməsini yolverilməz hesab edir. Bir dəfə infark keçirmiş şəxs artıq növbəti infartklardan sıgortalanmayıb. Odur ki, həkimlər məsləhət görür ki, belə şəxslər bir qədər yüngül işlərlə məşgul olsunlar. Həmçinin Lənkəran kimi bir strateji şəhərin icra başçısının sağlam olmaması, yaranan və ya yaranacaq problümlərin dərhal həll edilməsində geriləmələrin yarana biləcəyini labüd edir. Bütün bunların fonunda yəqin ki, yaxın zamanda Lənkərana yeni cra başçısı təyinatı ön plana düşəsək. Elə isə bəs Lənkərana yeni icra başçısı olmaq üçün kimlər real namizəd sayılır və ya sayıla bilər? Təbii ki, bu qərar cənab prezidentə məxsusudur və onun qərarları həmişə olunduğu kimi, yerində və zamanında olur.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, hazırda Cəlilabadın icra başçısı olan Əziz Əzizov Lənkəranın icra başçısı olmaq üçün müxtəlif şəxslərlə görüşlər aparır. O, bildirib ki, Lənkəran kimi bir şəhəri idarə etməyə hazırdır və buna potensialı çatar. Xəbərdə həmçinin bildirilir ki, Taleh Qaraşovla cənub bölgəsini kurasiya edən fövqəlada hallar naziri Kəmaləddin Heydərovun yaxın adamlarındadn biridir.

Onun Neftçaladan Astaraya, Astaradan da Lənkərana icra başçısı göndərlməsi də məhz bu xəttin təşəbbüsü ilə reallaşıb. Mənbə onu da bildirir ki, bu xəttə yaxın olan media qurumlarının Qaraşovu “vurması” və onun xəstələnməsi ilə bağlı xəbərləri tez-tez gündəmə gətirməsi də təsadüfi deyil. Əslində, bununla göstərmək istəyirlər ki, onlarla Qaraşov arasında heç bir yaxınlıq yoxdur. Bütün bunlar isə Əziz Əzizova şans yaradıb ki, növbəti bir neçə ilini də Lənkəarana icra başçısı getməklə sınasın.

Qarşı tərəfin də möveyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.