Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ruslar arasında onların Avrasiya İqtisadi İttifaqına münasibətilə bağlı sorğu keçirib.
anaxeber.info axar.az-a istinadən xəbər verir ki, respondentlərin 70 faizi Rusiya, Qazaxıstan və Belorusun birgə yaratdığı Avrasiya İqtisadi Birliyinin tərəfdarıdırlar.
4 faiz yeni birliyin yaranmasına olduqca neqativ yanaşıb. 25 faiz isə bu ittifaqa qarşı münasibətlərini bildirməkdə çətinlik çəkiblər.
Sorğuya qatılanların 41 faizi özünün forma və prinsipləri olan tamamilə yeni birlik görmək istəyir. Hər 4 nəfərdən biri isə üzv ölkələrin siyasi müstəqilliklərini saxlamaq şərtilə bu ittifaqın SSRİ-nin yeni forması kimi istəyir.
Birliyin paytaxtı ilə bağlı keçirilən rəy sorğusunda isə maraqlı nəticələr alınıb. Rəyi soruşulanların 34 faizi Avrasiya ittifaqının paytaxtı kimi Yekaterinburq şəhərini görmək istədiklərini deyiblər. Sonrakı yerləri isə Moskva (22%), Qazaxıstanın paytaxtı Astana(16%) və Belorusun paytaxtı Minsk (5%) tutub.
Rusların 45 faizi Ermənistanı Avrasiya İttifaqında görmək istəyir. Azərbaycanı isə bu birlikdə görmək istəyənlər 23 faiz təşkil edir.