Üzv olmadığı AXCP-dən çıxan gənc məhbusun cəzası azaldıldı

3-07-2014, 19:30   
Üzv olmadığı AXCP-dən çıxan gənc məhbusun cəzası azaldıldıİyulun 3-də Sumqayıt Apellyasiya Məhkəməsində xaçmazlı gənc, facebook fəalı Elsevər Mürsəllinin işi üzrə proses yekunlaşıb.

Vəkil Xalid Bağırov “Media forum” saytına bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrum etdiyi fəalın cəzasını 2 ilə endirib.

Xalid Bağırov onu da qeyd edib ki, Elsevər onun vəkil xidmətindən imtina edib.

Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Elsevər Mürsəlli 2013-cü ilin prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib. Gənc həmin il oktyabrın 3-də Xaçmazda saxlanaraq polisə aparılıb. Rəsmi versiyaya görə, onun cibindən heroin çıxıb.

2014-cü il iyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq əfv istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar