19 yaşlı əsgərin hansı səbəbdən öldüyü məlum deyil

5-10-2019, 10:21   

 


Əsgər bir neçə gün öncə yaşadığı kənddə dəfn olunub
Ağdam rayonu, İmamqulubəyli kənd sakini Sarvan Amil oğlu Baxşeyişovun hərbi xidmətdə həlak olduğu bildirilir. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hadisə sentyabrın 29-da baş verib. 19 yaşlı Sarvan Baxşeyişovun hansı səbəbdən həlak olduğu haqda yaxınlarına məlumat verilməyib.
İmamqulubəyli kəndinin icra nümayəndəsi Əliheydər Məhərrəmov hadisəni Meydan TV-yə təsdiqləyib. Bildirib ki, Sarvan Baxşeyişov bir neçə gün öncə kənddə dəfn edilib. Ancaq nümayəndə də əsgərin hansı səbəbdən öldüyü barədə məlumatsız olduğunu deyib:
“Məndə olan məlumata görə, əvvəlcə ailəsinə də onun hansı səbəbdən ölməsi ilə bağlı məlumat verməyiblər. Ancaq dünən ailə icra hakimiyyətinə dəvət edilmişdi. Görünür, onları övladlarının ölüm səbəbini açıqlamaq üçün çağırıblar. Daha bilmirəm nə məlumat verilib”.
Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.
Müəlliflər: Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.