İcra başçısı Tovuza necə dağ çəkir?

4-07-2014, 13:52   
İcra başçısı Tovuza necə dağ çəkir?Tovuz rayonunun Hunanlar kəndi (keçmiş Girzan kəndi) hələ də qədim dövrlərdə olduğu kimi qaz üzünə həsrətdir. 350 təsərrüfatdan ibarət olan bu kəndin sakinlərinin kasıbları mal təzəyi, kərmə yanıdırır, az-çox imkan sahibləri isə odunun 1 kubunu 250 manata alırlar.
Neçə ildir bu kəndin sakinləri qazın alovunu unudublar. Söhbət təkcə kənd sakinlərinin baha qiymətə odun almasından getmir, qazın olmaması meşələrin qırılmasına səbəb olur. Qaz problemi azmış kimi kəndin camaatı Kürlə Ceyrançölü birləşdirən körpüdən keçəndə “kəlmeyi-şəhadət”lərini oxuyub sonra keçirlər.
Birincisi, Ceyrançöl buradakı kənd camaatı üçün birbaşa həyat mənbəyidir. Bu kəndlərin sakinlərinin maldarlığı, əkinçiliyi Ceyrançöllə bağlıdır, yəni camaatın çörəyi Ceyrançöldən çıxır. Kürlə Ceyrançölü birləşdirən körpü Ulu Öndərimiz Heydər Əliyevin birbaşa göstərişi ilə 1976-cı ildə inşa olunub.
Həmin dövrdən az qala 40 il keçdiyi üçün Ulu Öndərin adı ilə bağlı olan körpü uçmaq təhlükəsi ilə üz-üzədir. Camaat da bu körpüdən keçəndə ürəkləri gedir.
Bütün bu problemlərə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov barmaqarası yanaşır, seyrçi münasibət göstərir.
Görəsən, Tofiq Zeynalov ölkə başçısının etimadına niyə belə etinasız yanaşır? Axı, ölkə başçısı möhtərəm İlham Əliyev cənabları təkcə Tofiq Zeynalova deyil, digər qardaşlarına da böyük etimad göstərib. Qardaşlardan biri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin rəisi, general Ramiz Zeynalov, digər qardaş paytaxtın ən böyük xəstəxanalarından birinin baş həkimi Fikrət Zeynalovdur. Hələ digər qohum-əqrabalarını demirik.
Görəsən, Zeynalov qardaşları başa düşmür ki, ölkədəki bütün müsbət və mənfi işlər tarix və cəmiyyət qarşısında cənab İlham Əliyevin adına yazılır.
Göstərilən etimadı belə doğruldarlar, cənab Zeynalov qardaşları…?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.