Ailələri çöldə qoyan deputatlardan Prezidentin xəbəri yoxmu?

19-10-2019, 08:57   







Mebel alverçisi və deputat Mahir Aslanovun qanundankənar parlament qruplaşması

Niyə heç bir ölçü götürülmür bu özbaşına, harın adamlar haqqında? Elə dünən mediada gənc bir ailəni evsiz qoyan biznesmen deputat Mahir Aslanovun özbaşınalığı haqqında video yayılmışdı. Prezident etirafında, həqiqətən, səmimidirsə, buyursun, cəzalandırsın qanundankənar deputatı…

Gənc ailənin 96 min manatını yeyib, evsiz qoyan deputat

Həmin videoya baxanlarınız var yəqin ki. Ev almaq üçün deputat Mahir Aslanovun himayə etdiyi tikinti şirkətinə 96 min manat pul ödəyən gənc ailə körpə uşaqları ilə çöldə qalıb. Ev üçün FVS İnşaat MMC şirkətinə ödənilən pulun sənədi də ailənin əlində. Evin gənc xanımı deyir ki, təkcə təmir üçün 40 min manata qədər pul xərcləyiblər. Bina hazır olanda isə məlum olub ki, həmin ünvandakı mənzili onlara vermək istəmirlər. Etiraz edəndə də deyiblər “get hara istəyirsən şikayət elə”. Zərərçəkənlər binanın deputat Aslanova məxsus olduğunu bildirir və deyir ki, mənzilini verməsələr, bezin töküb o binanı da, özünü də yandıracaq. Aslanovun hansı qruplaşmanın üzvü olduğunu bilmirik, amma bircə onu bilirik ki, prezidentin öz harın deputatlarından, ümumiyyətlə, xəbəri yoxdur. Varsa da, hansı gözükölgəliliyinə görəsə hamısını görməzdən gəlir…

O  deputatları kim cəzalandıracaq?

Bu arada mətbuatda Aslanovla bağlı daha bir xəbər yayılıb. O da başqa deputat həmkarları kimi, biznes fəaliyyətini çiçəkləndirməyə davam edir. Onun Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək planı ilə bağlı məlumat yayılıb. İndiyə kimi 4-cü çağırış üzrə deputat olan Mahir Aslanovun parlamentdə çıxışlarını eşidən olmayıb. Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsi var. 2016-cı ildə mətbuatda Aslanovun adı avtoxuliqanlıq edən oğlu ilə bağlı hallanıb. Yeni il bayramı günlərində avtoxuliqanlıq edən sürücünün dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobili cərimə meydançasına aparılıb. Məlum olub ki, sürücü Famil Aslanovdur. Parlamentdə belə yararsız, harın, qanunları saya salmayan nə qədər deputat var, bilirsiniz? Parlamentdə xalqın sözçüsü olmaq missiyasını unudub, özünə biznes imperiyası quran bu adamların qanun pozucuları olduğunu bilmirmi ölkə başçısı? Bilmirsə, 19 oktyabr mitinqində meydandan eşidəcək bütün narazıların səsini!

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.