Avropa İttifaqı Azərbaycan hakimiyyətini polisin Bakıda 19 oktyabr dinc mitinqinin iştirakçılarına qarşı aşırı zorkılığını araşdırmağa çağırır. Bunu Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi Mariya Kosyançiç bəyan edib.
O bildirib ki, dinc aksiya zamanı onlarla şəxs saxlanılıb.
“Aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlimatlar var. Hökumət belə halları araşdırmalıdır. Biz həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırırıq.
Toplaşmaq azadlığı fundamental insan hüquqlarınan biridir və biz gözləyirik ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə uyğun şəkildə bu hüququn tam tətbiq olunmasını təmin edəcək”, – deyə Aİ nümayəndəsi bildirib.