Milli Şuranın 19 oktyabr mitinqinə bölgələrdən qatılan vətəndaşlar da olub. Daha çox etirazçı isə Bərdədən gəlib. ANAXEBER.info xəbər verir ki, mitinqə qatılanların heç də hamısı Milli Şuranın elektoratını təşkil edən təbəqə olmayıb. Onların böyük əksəriyyəti bitərəf, siyasətə qarışmayan zümrə olub. Bəs onları razılaşdırılmamış aksiyaya qatılmağa vadar edən səbəblər nədir? Aldığımız məlumata görə, Bərdədən aksiyaya qoşulanlar icra başçısı Vidadi İsayevin yarıtmaz idarəetməsindən cana doyan vətəndaşlardır. Onların hər biri dəfələrlə qanunsuz əməllərə üzləşib və hər dəfəsində icra başçısına şikayət ünvanlayıblar. Lakin Vidadi İsayev nəinki şikayətləri dinləyib, əksinə, onları şikayət yazdıqlarına peşman edib. İddialara görə, Bərdədə vəziyyət bir müddətdir ki, gərgindir. Bu gərginlik hər gün sosial partlayış dərəcəsinə çatmaqdadır. Günün birində rayonda İsmayıllı, Quba hadisələrinin yaşanacağı artıq şübhə doğurmur. “Rayon ölkənin bir inzibati bölgəsi kimi qanunlarla deyil, icra başçısı Vidadi İsayevin şəxsi təsərrüfatı kimi onun qaydaları ilə idarə olunur. Artıq camaat Bərdədə yaşamaqdan bezib. Təsəvvür edin, vəziyyət o həddə çatıb ki, bərdəlilər həbs olunacaqlarını gözə alaraq Bakıya ucazsiz mitinqə gedirlər”, - deyə yerli sakinlər həyəcanla bildirir.Vidadi İsayevin qanunsuz əməlləri barədə mətbuatda kifayət qədər yazılıb. İcra başçısı indiyə qədər yazılanlara reaksiya verməyib. Eyni zamanda materiallarda qabardılan problemlərin həllinə cəhd göstərməyib. İcra başçısı hətta şəhid ailələrinin problemlərinə belə biganə yanaşır. Baxmayaraq ki, şəhid ailələrinə qayğı Azərbaycan hakimiyyətinin yürütdüyü sosial-iqtisadi siyasətdə prioritet təşkil edir. Bərdə ictimaiyyəti hesab edir ki, Vidadi İsayev məqsədli şəkildə rayonda hakimiyyətə qarşı etirazçı ordusu formalaşdırır: "Bilmirik bu onun nəyinə lazımdır. Elə problemlər var ki, onu həll etmək o qədər çətin deyil. Amma Vidadi İsayev həlli asan olan o problemi daha müşkülə çevirir və narazılığı artırır".Milli Şuranın 19 yanvar mitinqində də Bərdədən gələnlər çoxluq təşkil edirdi. Hətta bu barədə MüasiR Müsavat Partiyasının sədri Hafiz Hacıyev də danışmışdı. Hafiz Hacıyevin iqtidara yaxın şəxs olduğu sirr deyil. Əgər o da Vidadi İsayevin insanları aksiyalara həvəsləndirdiyini deyirsə, bu, icra başçısının bunu məqsədli etməsi barədə iddiaların əsassız olmadığına şübhələri artırır. Prezident İlham Əliyev okyabrın 15-də iqtidarda bəzilərinin islahatlara qarşı çıxdığını vurğulamışdı. “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər”, - deyə ölkə başçısı vurğulamışdı.Sanki Vidadi İsayev öz əməllərilə həmin “bəzliləri”nin sırasında olduğunu göstərir.
ANAXEBER.info
[media=//www.youtube.com/watch?v=Me60DUWxatI]