Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Sevinc Abbasovaya 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Zərərçəkmişin mülki iddiası qismən təmin olunub - Sevinc Abbasovanın üzərinə Elinanın ailəsinə 8500 maddi, 10 min manat isə mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi qoyulub.