Sabirabaddakı vəhhabi söhbətinə DİN-dən reaksiya

5-07-2014, 11:53   
Sabirabaddakı vəhhabi söhbətinə DİN-dən reaksiyaDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov dünən Sabirabad şəhərində bir nəfərin saqqalının kənar şəxslər tərəfindən qırxılması barədə bəzi xəbər portallarında yayılmış xəbərə aydınlıq gətirib.
E.Zahidov bildirib ki, iyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması ətrafdakı vətəndaşların etirazına səbəb olub: "Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib. Bu barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gələrək hər iki şəxsi saxlayaraq Rayon Polis Şöbəsinə gətiriblər. Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb".
DİN rəsmisi deyib ki, araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.
Qeyd edək ki, saqqalı qırxılan C.Zərbəliyevin vəhhabi dini təriqətinə mənsub olduğu və Sabirabad sakini olmadığı bildirilir. (Trend)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.