Erməni diversiya qrupu Bakıda – ŞOK VİDEO

4-11-2019, 04:05   
 


Dünən, 10:23           

Zaman-zaman dövri mətbuatda Azərbaycanın ermənilər tərəfindən idarə olunduğu xəbərləri yayılır. Bəzən hansısa məmurun anası, arvadı, gəlini, bəzən isə özünün erməni olması barədə sensasion faktlar açıqlanır. Açığı, bu kimi məlumatların həqiqəti ifadə və kiminsə arvadının erməni olmasının özünün erməniyə işləməsinə dəlalət etmədiyinə inanmışam. Çünki çox da uzaq olmayan tarixdə “Qardaş olub Hayıstan, Azərbaycan” mahnısını oxuyan, xalqlar dostluğuna inanan bir xalqın arasında qarışıq ailələrin olmasını da normaldır. Azərbaycanda yaşayan bütün insanlar, etnik qruplar kimi qarışıq ailə mənsublarının da bu ölkədə qabiliyyətləri ölçüsündə irəliləməsi, məncə, mümkün olmalıdır və burda heç bir qəbahət yoxdur. Yetər ki, çörəyini yedikləri ölkəmizə qulluq etsinlər.

O başqa məsələdir ki, iddia edildiyi kimi, ucdan tutmuş bütün rəhbər kadrların az qala qarışıq ailələrdən olması tamamilə başqa ehtimallar da yaradır, sanki Azərbaycan hansısa imperialist qüvvələr tərəfindən qeyri-azərbaycanlılara tapşırılıb kimi bir sonuc ortaya çıxır. Fəqət bu ehtimalı real qəbul etməyimiz üçün arqumentləri yetərli görmədiyimdən bu iddialara qoşulmamışam.

Bununla belə, zaman-zaman internet məkanlarında paylaşılan məlumat və informasiyaların istər-istəməz insanda müəyyən şübhələrə yol açdığını gizlətmək də doğru olmazdı. Məsələn, Azərbaycan diaspor rəhbərlərindən birinin arvadı erməni olduğu kimi, qızını da erməniyə ərə verməsi və bu qohumluqdan qürur hissi keçirməsini gizlətməməsi insanda şübhə yaratmaya bilməz. Yaxud xaricdə ölkəmizin milli maraqlarını qoruyan önəmli bir nazirliyin ən önəmli postunda oturan iri məmurun xaricdə yaşayan oğluna seçib erməni qızı alması və ona indiyədək toxunulmaması da insanın milli duyğularını, vicdanını yaralayır.

Dünən youtube səhifəsində paylaşılan bir video da erməni dığalarının Bakıda at oynatdığını, Azərbaycan xalqının namusuna söz atmaları, ölkəmizin kazinoya oxşamasını bir də bizim dilimizdə səsləndirməsi, daha sonra isə öz aralarında ermənicə nəsə danışmaları da vicdanı yaralayan belə faktlardandır. Bu cür məlumatları dinlədikcə istər-istəməz beyinlərdə müxtəlif suallar yaranır: Sərhədlərimizi qoruyan, ölkəmizə gələn turistlərin kimliyini araşdıran dövlət qurumları hara baxır? Yoxsa bu erməni dığaları elə Bakıda yaşayırlar və xalqımızı təhqir etməkdən zövq alırlar?

Suallar çoxdur. Uzun-uzadı yazıb zamanınızı almaq istəmirəm. Sadəcə onu vurğulamaqla kifayətlənirəm ki, Bakıda erməni dığalarının bu cür sərbəst dolaşa bilməsi Azərbaycanı ciddi təxribat təhlükələri ilə də üz-üzə qoya bilər. Əlaqədar qurumlar nə qədər gec deyil, düşmən kəşfiyyatının Bakıya qədər gəlib çıxmasının yollarını araşdırmalıdırlar. Bəli, məhz düşmən kəşfiyyatçılarının. Çünki maşınları ilə Bakınln mərkəzi küçələrində at oynadan bu dığaların erməni diversiya qrupuna mənsub olmasından heç bir şübhə yoxdur. Onlar ən yaxşı ehtimalda Azərbaycanda qarşı açılmış psixoloji savaş kəşfiyyatçılarıdır. Hansı ölkədən gəlmələrindən asılı olmayaraq./ovqat.com/


1
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.