Vəhabilər Sabirabada hücüm edəcək

7-07-2014, 11:05   
Vəhabilər Sabirabada hücüm edəcəkRayonda bu gün saqqalı qırxılan əqidədaşlarının qisasını almaq üçün 5000 vəhhabinin gələcəyi xəbəri dolaşır

Xəbər verildiyi kimi, ötən həftə Sabirabadda qalmaqallı hadisə yaşanmışdı. Cumhuriyyet.az jam.az-a istinadən xəbər verir ki, Kürdəmirdən rayona gəlmiş vəhhabi cərəyanının nümayəndəsinə hücum edən Rəmzi adlı şəxs onun saqqalını qırxaraq, ölkənin gündəmini dəyişən olaya imza atmışdı.
Bu hadisəni şiə-vəhhabi davası, məzhəblərarası ixtilaf kimi təqdim edilməsinə rəğmən, hələlik ortada nə məzhəb davası var, nə də belə bir şeyin baş verməsi gözlənilmir. Lakin buna baxmayaraq, hadisənin baş verdiyi Sabirabadda və ona bitişik Saatlı rayonunda əhalini qorxu içində saxlayan şaiyələr yayılır. Sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən bildirilir ki, dünən Sabirabada guya, 10 maşın dolusu vəəahbi gələrək, yerli əhali ilə dava salmaq istəyib. Amma gələn xəbərləri yerli sakinlər təsdiqləmirlər. Onlar rayonda camaatı qorxu içində saxlayan şaiyələrin yayıldığını deyirlər.
Sosial şəbəkələrdə bildirilir ki, Sabirabadda yayılmış şaiyələrdən biri belədir ki, guya, bu gün rayona 5000 vəhhabi gələcək və onlar rayon sakinlərindən saqqalı qırxılan həmfikirlərinin qisasını alacaqlar. Bundan camaatın ciddi şəkildə narahatlıq keçirdikləri deyilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.