Kəmaləddin Heydərovun oğlu Fransaya “köç edir”

7-07-2014, 11:54   
Kəmaləddin Heydərovun oğlu Fransaya “köç edir”Taleh Heydərovun artıq Britaniyada fəaliyyət göstərmək istəmədiyi bildirilir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov təsisçisi olduğu Avropa-Azərbaycan Təşkilatını Böyük Britaniyadan Fransaya köçürür. Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə, Taleh Heydərov artıq Britaniyada fəaliyyət göstərmək niyyətində deyil.
Ötən saylarımızda məlumat vermişdik ki, Kəmaləddin Heydərovun Rusiya siyasi dairələri ilə yaxınlığı Avropada olan övladları üçün təhlükə yaradıb. Artıq Taleh və Nicat Heydərovların biznes strukturları və təşkilatları ilə bağlı ciddi araşdırmalar aparılır. Bir müddət əvvəl Tyu-Yorkdan idarə olunan “BuzFeed” saytında Taleh Heydərovla ifşaedici materialın yerləşdirilməsi də bununla bağlıdır. Digər tərəfdən ard-arda Britaniyadan Azərbaycan hakimiyyətinə zərbələr gəlir. Təkcə Avropa Şurası Parlament Assambleyasının sessiyasında ölkə başçısı Ilham Əliyevin britaniyalı deputat Pol Flinn tərəfindən çətin vəziyyətə salınması faktı Britaniya ilə Azərbaycan hakimiyyəti arasında münasibətlərin gərgin olduğunu göstərir. Bütün bunlar isə Taleh Heydərovun Britaniyadan köç etməsinə səbəb olan amillərdir.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən deputat Qüdrət Həsənquliyev Böyük Britaniya məmurlarını korrupsiyada ittiham etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar