Tovuzun keçmiş icra başçısı qardaşının pulunu mənimsəyib

7-07-2014, 13:03   
Tovuzun keçmiş icra başçısı qardaşının pulunu mənimsəyibDaxili işlər orqanlarının keçmiş əməkdaşı Musa Bağırov qardaşı, Tovuzun sabiq icra başçısı Həmid Bağırovdan ölkə başçısı Ilham Əliyevə şikayət edib. Musa Bağırov şikayətin bir surətini də “Azadlıq”ın redaksiyasına göndərib.

Musa Bağırovun sözlərindən belə məlum olur ki, qardaşı onun 250 min pulunu və bir neçə obyektini ələ keçirib. Musa Bağırov deyir ki, 1991-1993-ci illərdə bizneslə məşğul olub. Həmin biznesdən 250 min manat pulu qazanıb. Lakin 1993-cü ildə pullar dəyişəndə həmin vaxt Tovuz bankının müdiri olan qardaşı Həmid Bağırov həmin 250 min manatı mənimsəyib. Musa Bağırov bildirib ki, qardaşı daha sonra ona məxsus limonad sexini ələ keçirib. “Həmid Bağırov icra başçısı olanda mənə limonad sexini və sexin ətrafındakı 10 hektar ərazisini mağazamın sürücüsü Ələmdarın adına keçirərək mənimsədi”.

Musa Bağırov Ilham Əliyevdən xahiş edir ki, qardaşının qanunsuz əməlləri barədə ölçü götürülməsinə göstəriş versin. Eyni zamanda mənimsənilən pullarının və obyektlərinin qaytarılmasını təmin etsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.