Bu barədə Ehsan Zahidov mətbuata açıqlamasında deyib
Xəbər verdiyimiz kimi, dünən vəhhabi əqidəsinə sahib şəxslər sosial şəbəkələrdə 160 avtomobillə Sabirabada doğru getdiklərini yaymışdılar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS-ə açıqlamasında bildirib ki, "Kimlərsə qarışıqlıq yaratmaq istəyir. Yayılan söz-söhbətin hamısı əsassızdır. Hazırda Azərbaycanda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Ölkədə kriminal duruma fasiləsiz nəzarət olunur. Bir daha söyləyirəm, Sabirabadda yayılan məlumatlar tamamilə əsassız və uydurmadır" (islamazeri.az)