Kəmaləddin Heydərovun biznesi ilə bağlı yeni məlumat: 2 böyük layihəni dayandırdı

25-11-2019, 08:54   
Kəmaləddin Heydərovun biznesi ilə bağlı yeni məlumat: 2 böyük layihəni dayandırdı
Загрузка...
Gilan Holdinq və Benkons Group bu məlumatlara hələ reaksiya verməyib "Kəmaləddin Heydərovla bağlı nələrsə baş verir. Fövqəladə Hallar naziri haqqında son vaxtlar yayılan məlumatlar onun fövqəlgücünün sarsıldığı barədə danışmağa ciddi əsaslar verir. Məsələn, ötən həftə Heydərova məxsus məşhur holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də ona bağlı Benkons Group-un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi və maliyyə sıxıntıları ilə üzləşməsini diqqətinizə çatdırmışdım. Gilan Holdinq və Benkons Group bu məlumatlara hələ reaksiya verməyib”. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. 

C.Həsənli bildirib ki, nazirə məxsus Benkons Group Tatarıstandakı iki böyük layihəsini dayandırıb: "Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir. Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib.
İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu. Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın UD Group-una bu yaxınlarda satıb. Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb”. 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.