Türkiyədəki “quş biznesi” Türkiyənin Böyük Millət Məclisində skandal, Rusiyada striptiz-bar skandalı və daha nələr…
Türkiyənin Böyük Millət Məclisi üzvlərinə quş təklifi
Əlbəttə, məsələ təkcə quş və heyvan satışı ilə məşğul olmaqda deyil. Əhalinin yaşayış səviyyəsi normal olan ölkələrdə bu da yaxşı gəlir gətirən biznes sahəsi sayılır və bu işə məşğul olmaqda bir qəbahət yoxdur. Məsələ ondadır ki, bu bizneslə məşğul olan bir ölkənin parlamentinə rəhbərlik edən şəxsin ailəsidir və onlar həmin şəxsin adından başqa bir ölkənin parlament üzvlərinə endirimli quş, heyvan təklif edirlər. Bu xəbər kənar adamlardan deyil, elə Türkiyə Böyük millət məclisinin vəkillərindən birinin dilindən çıxıb. Onun sözlərinə görə, Oqtay Əsədovun qohumu orda bir neçə şəxslə görüşərək, onlara yaxşı qiymətə ekzotik məhsullar təklif edib. Bu tragikomik duruma gülüb keçmək də olar. Amma gülməkdən çox ağlamalı durum deyilmi? Spikerin Türkiyədə çox sayda biznes obyektlərinin olduğu çoxdan məlumdur. Onun oğurluq pulları Antalyadan tutmuş Bodruma gədər, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə, otellərə, şoppinq mollara və obyektlərə qədər səpələnib. Və hiyləgər adam prezidentini aldatmaq üçün bütün bunları yaxın dostlarının və qohumlarının adına rəsmiləşdirib. Amma deyəsən bu adamda tamah qılıncdan daha itidir. O qədər itidir ki, parlamentin keçmiş sədri gedib Moskvada striptiz-bar biznesindən, Türkiyədə quşxana biznesindən qazanc götürməkdən belə utanmır. El arasında da yaxşı deyirlər “utanmasan, oynamağa nə var ki…”
Prezident İlham Əliyev “Parlament eks-rəhbərinin” ailə üzvlərinin əmlakına dair gözəl izahat verib. Bu biyabırşı Parlamenti buraxdırıb. Deyirlər ki, İlham Əliyev deputatların xalqa bu hörmətsiz münasibətini qınadı və anti-xalq Parlamentində ciddi islahatlar aparmağa tapşırığ verib.
azadliq.info