Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərləndi. Onlardan biri – fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan vəfat etdi.
1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
BDU-nun yataqxanasında cəmi 130 tələbə yaşayır. Həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin 3 yataqxana korpusu isə ötən illərdə sökülüb.
Noyabrın 21-də zəhərlənmə hadisəsi gecə saatlarında məlum olub. Gecə saat 2-yə qalmış təcili tibbi yardım xidmətinə zəng edilib, təcili tibbi yardım xidmətinin əməkdaşları da gəlib çıxıblar.
Hadisə ilə bağlı ilkin və deyəsən sonra da möphlkəmləndirilən rəsmi versiya qida zəhərlənməsi kimi qeydə alındı. Amma bu, birbaşa belə deyildi. Səbəb düzgün müəyyən edilmədiyindən, yaxud da düzgün qeydə alınmadığından dünən zəhərlənmə hadisəsi yenidən qeydə alındı. Bu gün səhər saatlarında təcili yardıma zəhərlənəntələbələrlə bağlı təkrar məlumat daxil olub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz olaraq mədə-bağırsaq iltihabımüəyyən edilib.
Bəs, gerçək səbəb nədir ?
Bu barədə biz məlumat vermişdik. Eləcə də, »Azərbaycan Saatı » televiziya proqramında Qənimət Zahid bu hadisə ilə bağlı gerçək versiyanı səsləndirib. Məsələ burası ndadır ki, tələbələr siçanlara verilən zəhərin təsiri ilə zəhərlənirlər. Bu, xarici ölkədən alınan özəl keyfiyyətli siçan zəhəridir. Bu zəhərə yoluxan bir siçan və ya siçovul sürətlə onu həmin ərazidə olan başqa siçovullara da yoluxdurur. Amma yalnız siçovullara və siçanlara deyil, elə ərzaq vasitəsilə başqa canlılara, adamlara da. Bu cür zəhərin qoyulduğu yerlərdə qarantin elan edilməlidir, ərzaq məhaulları yığışdırılmalıdır, hətta məsləhətdir ki, adamlar da müəyyən müddət ərzində orda yaşamasınlar. Bu şərtlərin heç birinə əməl edilmir, siçovullara qarşı zəhər insanlara qarşı da işləyir. BDU yataqxanasında siçovullar tüğyan edir, onların qarşısı alınmalıdır, amma bu şəkildə yox. Zəhərləmə kampaniyasının aparanlar, eləcə də Universitet və yataqxana rəhbərliyi insanları unudurlar, öz işlərini guya yerinə yetirdikləri barədə raport yazırlar, amma axı adamlar da zəhərlənir.
İndi durum belədir ki, BDU yataqxanası zirzəmidən çardağa qədər dezinfeksiya edilməlidir. Orda yaşayanlar bu proses müddətində başqa yerdə yerləşdirilməlidir. Görünür, xərc və artıq əziyyət tələb edən bu prosesdən yan qaçmaq üçün universitet rəhbərliyi siçovul qırma kampaniyasının gedişində bir neçə tələbəni də qurban verməyi göz önünə alıb…
azerbaycansaati.tv