İranda öldürülən etirazçıların sayı azı min nəfər olub - ABŞ İRAN HAKİMİYYƏTİNİ İTTİHAM ETDİ

6-12-2019, 09:33   
 

ABŞ Dövlət Departamenti İran hakimiyyətini etiraz aksiyalarının başlanğıcından uşaqlar da daxil olmaqla, azı 1000 nəfərin qətlində ittiham edib.
Bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
"Biz Tehranda və onun ətraflarında yüzlərlə insanın qətli haqqında xəbərlər eşitdik. Həqiqət ən azı sızır, deyəsən rejim etirazların başlanğıcından mindən çox İran vətəndaşı öldürə bilib", - o deyib.
Onun sözlərinə görə, öldürülmüş insanlar arasında uşaqlar da var. Brayan Huk əlavə edib ki, etirazlar zamanı minlərlə insan yaralanıb, həmçinin minlərlə etirazçı həbsxanalara yerləşdirilib. Həbsxanalara salınanlar işgəncələrə məruz qalırlar.
Öz növbəsində İran hakimiyyəti ABŞ-ı qarışıqlıqların təşkilatçısı adlandırıb. Tehran rəsmiləri qeyd edib ki, ABŞ-ın hədəfi İran İslam Respublikasının təhlükəsizliyinin məhv edilməsidir. (Report.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.