PARİS SAMMİTİ RUSİYA-AVROPA BİRLİYİ MÜNASİBƏTLƏRİNİ NECƏ DƏYİŞƏCƏK? –Donbasın taleyi ilə bağlı "Normand uçuşu"...

10-12-2019, 09:38   

Sergey Strokan

“Kommersant” qəzeti, Rusiya, 09 dekabr 2019-cu il

 

“Normand dördlüyü”nün yeni görüşü bütün son illər ərzində sürət yığmağa və uçmağa qərar verməmiş, – çünki belə diplomatiya üçün hava uçuşa yarasız olub, – Ukrayna ilə bağlı beynəlxalq diplomatiyanı “qanadlandıqmaq” cəhdi olacaq.

Vəziyyət tamamilə ziddiyyətli görünür. Bir tərəfdən, 2016-cı ildə Berlində keçirilən öncəki görüşdən sonra “körpünün altından çox sular axıb”, digər tərəfdən, tərəflərin Donbas münaqişəsinə təməl yanaşmasında sanki heç nə dəyişməyib. Əvəzində yeni simalar ortaya çıxıb. “Normand dördlüyü”nün öncəki tərkibindən yalnız Vladimir PutinAnqela Merkel qalıb, artıq onlarla bir sırada nə Pyotr Poroşenko, nə də Fransua Olland vardır.

Bundan əlavə, ümumavropa strukturlarının rəhbərliyi də tamamilə dəyişib. Artıq Brüsseldən Krım və Donbasa görə, Avropa liderlərilə bərabər, sanksiyalar müharibəsinin kökündə duran Donald Tusk, Jan Klod Yunker  Federika Moqerininin adət etdiyimiz səsi gəlmir. Son illər ərzində onların hamısı avtomatik cavab verən aparat hissiyyatsızlığı ilə təkrar ediblər: “Minsk razılaşması yerinə yetirilməyincə, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar saxlanılacaq”.

Avropa institutlarının yeni rəhbərləri öz sələflərində alınmayan bir şeyi araşdırmağa səy göstərmədən, “başlıca məsələ haqqındakı köhnə mahnı”nı ifa etməyə hazır olacaqlarmı?

Avropa Komissiyasının yeni sədri Ursula fon der Lyayen bəyan edib ki, “AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Minsk razılaşmasının tam yerinə yetirilməsilə bağlı olaraq, qalacaq”.

Bununla da o anladıb ki, Avropanın Ukraynanın şərqindəki münaqişəyə yanaşmasında heç bir şey dəyişməyəcək.

3 dekabrda o, telefonla Vladimir Putinlə danışıb və yenidən göstərib ki, “Minsk razılaşmalarının ardıcıllıqla yerinə yetirilməsi mühümdür”.

Bundan əlavə, xanım fon der Lyayen xatırladıb ki, Rusiya ilə münasibətlərdə sadə olmayan dövrün yaşanmasına baxmayaraq, “uzunmüddətli ümumi maraqlar unudulmamalı, həlledici mövzularla bağlı təmas nöqtələri tapılmalı, birbaşa dialoq inkişaf etdirilməlidir”.

Və burada biz ən başlıca məsələyə gəlirik: öncəki yanaşmanını ətalətini qoruyub saxlamaq Avropa liderləri üçün asan olmayacaq. Minsk razılaşması Prezident Zelenski və ətrafını qane etmir və onlar bu razılaşmadan qurtulmaq istəyirlər. Bu səbəblə, Ukrayna tərəfindən davamlı olaraq belə “atmacalar” olur ki, guya, Minsk razılaşmaları “ölü doğulmuş” sənəddir, Normand formatı isə özünü tükəndirib və ABŞ-ı daxil etməklə, onu genişləndirmək lazımdır.

Lakin Minsk razılaşmalarından imtina edilərsə, sanksiyalar siyasətinin üzərində qurulduğu bütün məntiqi konstruksiya da dağılar. Olmayan bir şeyə görə necə cəzalandırmaq olar? Avropa axmaq duruma düşür: Minsk razılamasını, faktiki, Kiyev rədd edir, onların yerinə yetirilməməsinə görə hesab isə digər tərəfə – Moskvaya təqdim olunur.

Əlbəttə, belə yanaşma Ukrayna tərəfini qane edərdi, ancaq Avropa liderləri Ukraynanın yeni liderinin manipulyasiyalarının obyekti olmağa hazırdırlarmı? Onlar hələ Paris sammiti baş tutmamış qələbəyə nail olduqlarını bəyan ediblər və “Normand dördlüyü”nün sammitindən əks məqsədlə “rus daması”nın oynanmasını (yəni Avropa liderlərinin, əlbəttə, həm də rusların öz əleyhlərinə oynamasını – tərc.) gözləyirlər.

Beləliklə, Paris görüşünün vəzifəsi başlıca məsələnin aydınlaşdırılması olacaq: Minsk razılaşması mövcuddurmu və onu kim, necə və hansı ardıcıllıqla yerinə yetirməlidir?

Bu suallara verilən cavablardan yalnız Donbasın taleyi deyil, Rusiya ilə Qərbin münasibətlərinin gələcəyi də asılı olacaqdır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.