AŞPA: Azərbaycanda sistemli siyasi məhbus problemi var

11-12-2019, 10:01   
 

"İlqar Məmmədovun, Anar Məmmədlinin və Rəsul Cəfərovun işlərinə xüsusi diqqət yetirilib"
AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi Azərbaycanda "sistemli" siyasi məhbus probleminin olduğunu bildirib və hakimiyyəti qeydiyyata alınmış hallara yenidən baxmağa çağırıb.
Avropa Şurasının saytında bu barədə məlumat verilib (“Turan”İA).
AŞPA Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin gəldiyi nəticələr əsasında və AŞPA-nın təqdimatına əsasən bir sıra şəxslərin "siyasi məhbus" olduğunu müəyyən edib.
Komitə AŞPA-nın məhkəmə sistemindən siyasi motivlə istifadə kimi "narahatedici nümunə"nin olduğu haqqında rəyi ilə razıdır. Bununla əlaqədar, "Azərbaycan Avropa İnsan Haqları Konvensiyası öhdəliklərini yerinə yetirməsi üçün fundamental islahatlar aparmalıdır".
Komitə Azərbaycan hakimiyyətinin son illər penitensiar, məhkəmə, ədliyyə sistemlərində islahatlar yönündə atdığı addımları alqışlayır, ancaq indiyədək görülən tədbirlərin Avropa İnsan Hüquqları Məhkəməsinin spesifik tələblərini yerinə yetirməkdən ötrü kifayət edəcəyinə inanmır.
Komitə hesab edir ki, məhkəmənin qərarları aşağıda adıçəkilən şəxslərin siyasi məhbus olduğu haqqında geniş və müntəzəm olaraq yenilənən siyahıların doğru olduğunu təsdiq edir.
Qurum israrla hakimiyyəti qeyd edilən problemlərin mövcudluğunu etiraf etməyə və Avropa Məhkəməsinin qərarlarının tam və səmərəli şəkildə yerinə yetirilməsi üçün tədbirlər görməyə tövsiyə edib.
Komitə həmçinin Azərbaycan parlamentini Assambleyanın qətnaməsinin yerinə yetirilməsi üçün siyasi məhbuslar üzrə məruzəçi ilə əməkdaşlıq etməyə, Azərbaycan hökumətini isə Avropa Şurası Nazirlər Komitəsi ilə tam həcmdə əməkdaşlıq etməyə çağırıb.
"İlqar Məmmədovun, Anar Məmmədlinin və Rəsul Cəfərovun işlərinə xüsusi diqqət yetirilib", deyə məlumatda bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.