Məmmədyarovun oğlu Nyu Yorkda 2 milyon dollara ev alıb FOTO

19-12-2019, 08:25   

XİN rəhbərinin ailəsi Amerikada məskən salıb

Xarici işlər naziri Elman Məmmədyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin yanvarında Nyu Yorkda, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib. Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı göydələndədir və nazirin oğluna Fox Ledge LLC əmlak şirkəti tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.
Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St#12D ünvanındakı göydələnlərin birində yaşayır. Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır.

Araşdırmaçı jurnalist Cvanşir Həsənli
feysbuk qeydi

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.