Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

25-12-2019, 20:00   


Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

 Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika qalır. Bu barədə onun xanımı bildirib. Füruzə Gülalıyevanın sözlərinə görə, bir həftədən çoxdur ki, hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır.
"Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılması ehtimalı da artır, amma buna bir zaman lazımdır”, - o bildirib. F.Gülalıyeva deyib ki, "Amerika hospitalı” klinikasının həkimləri Heydər Əliyev Fondundan xahiş ediblər ki, müalicə xərcləri 10 gün yox, 1 ay öncədən ödənilsin. "Hələlik cavab verilməyib. Amma ümid edirəm ki, təklif müsbət qarşılanar”, - o qeyd edib.
Xatırladaq ki, hüquq müdafiəçisinin oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bur neçə saatdan sonra komaya düşüb Oktyabrın 30-da Bakıda onun üzərində neyrocərrahiyyə əməliyyatı aparılb. Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər.
Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və "Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da "Amerika hospitalı”na köçürülüb, ertəsi gün başına toplanmış mayeni çıxarmaq üçün daha bir neyrocərrahiyyə əməliyyatı keçirib. O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb
criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.