Navalnını zorla ofisindən çıxardılar

27-12-2019, 09:52   


Cümə axşamı müxalifət lideri Aleksey Navalnının Moskva qərargahına basqın edən Rusiya rəsmiləri, zorla içəri girmək üçün elektrik alətlərindən istifadə edərək, noutbuk kimi texniki avadanlıqları müsadirə edib.

Navalnı və müttəfiqləri deyib ki, onun Korrupsiyaya Qarşı Mübarizə Fonduna (FBK) basqın Navalnı baş nazir Dmitri Medvedev və milyarder iş adamı Əlişir Usmanova qarşı rüşvətxorluq ittihamlarından bəhs edən video-araşdırmanı silməyi imtina etdiyinə görə Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən həyata keçirildiyini deyib.

Federal Məhkəmə İcraçıları Xidməti Reuters xəbər agentliyinə bildirib ki, Navalnının fonduna reyd cinayət istintaqı çərçivəsində aparılıb. Reyd zamanı heç kimin həbs edilmədiyi bildirilib.

2017-ci ildə Navalnıya qarşı böhtan iddiası qaldıran Usmanov o zaman məhkəməni qazanıb. Məhkəmə Navalnıya 10 gün ərzində Medvedev və Usmanova qarşı ittihamların yer aldığı bütün videoları silmək qərarı çıxardı. Medvedyev və Usmanov onlara qarşı irəli sürülən ittihmların yalan olduğunu deyib.

Navlanı cümə axşamı 2017-ci ilin mart ayından bəri YouTube-da 32 milyon dəfədən çox izlənən videonu silməyəcəyini söyləyib.

Cümə axşamı təhlükəsizlik kameralarının lentə aldığı reydin video görüntülərində Navalnının ofisinin ön qapısından içəri girmək istəyən şəxslərin elektrik mişardan istifadə etdiyini görmək olub. Bəziləri maska və qara forma geyinmiş şəxslər daha sonra ofisdə axtarış aparıb. Daha sonra onlardan biri təhlükəsizlik kamerasının üstünü örtüb.

amerikaninsesi.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.