Artıq YAP İdarə Heyətinin bu məsələyə həsr olunmuş iclası da başa çatıb - siyahının bəzi fraqmentləri məlumdur.
"AzPolitika.info"-nun əldə etdiyi məlumata görə, köhnə komandadan xeyli adam namizədliyinin yenidən təsdiq olunmasına nail olub. Hakim partiyanın namizədlər siyahısı əhəmiyyətli dərəcədə yenilənsə də, Milli Məclisin son tərkibində yer alan deputatladan bir çoxunun da namizədliyi irəli sürülüb. Məsələn, deputatlar İqbal Məmmədov, Eldar İbrahimov, Siyavuş Novruzov, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun yenidən hakim partiyanın siyahısına düşdükləri dəqiqləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib.
YAP-ın yeni namizəd siyasında vitse-spiker Bahar Muradova, Arif Rəhimzadə, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilovun adları yoxdur.
Xatırladaq ki, deputat İlham Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
***
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP qərargahında YAP keçirilən iclası başa çatıb. APA-nın xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.
***
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
"Report" xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.