"Əsədovların ilk ailə şirkəti - STANWAY MANAGEMENT LIMITED 2011-ci il yanvarın 4-də Virginiya adalarında qeydiyyatdan keçib".
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Onun araşdırmasına görə, Panama sənədləriində şirkətin səhmdarlarının Milli Məclis sədrinin ailə üzvü Nərminə Əsədova və spikerin keçmiş kürəkəni Kamran Balayev olduğu qeyd edilib.
Şirkət 2013-cü il oktyabrın 31-nə qədər fəaliyyət göstərib, Kamran Balayevin Əsədovun qızı ilə boşanmasından sonra qapadılıb.
Şirkətə hüquqi xidmətləri Panamada qeydiyyatdan keçmiş Mossack Fonseca Co şirkəti göstərib. Hansı ki ötən il vergi qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamlarından dolayı fəaliyyətini dayandırıb və bundan əvvəl isə rəhbəri həbs edilib.
Xatırladaq ki, Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir.
Cavanşir Həsənlinin araşdırmasına görə, 20 sot sahədə aparılan tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin iyununda icazə verilib.
Ümumi sahəsi 16783,3 kvadrat metr nəzərdə tutulan binanın layihəsi "AS-KO" MMC tərəfindən hazırlanıb. ARASH MEDİKAL şirkətilə bağlı yazı sonra Milli Məclis bəyanat vermişdi ki, Oqtay Əsədovun Cavid Əsədov adında qardaşı oğlu yoxdur, o belə bir adam tanımır.