HRHF və ATƏT bloger Mehman Hüseynova hücumu pisləyib

30-12-2019, 08:47   
 


Norveçin "İnsan Hüquqları Evi" Fondu (Human Rights House Foundation) bloger Mehman Hüseynova qarşı amansız rəftarı pisləyib. Hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini hadisəni tez zamanda və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Bu barədə təşkilatın  Twitter-dəki mikrobloqunda dərc edilmiş bəyanatda deyilir.
ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir də blogerin polis tərəfindən saxlanılması və döyülməsi haqqında məlumatlardan narazılığını bildirib.
"Hakimiyyəti bu məsələni tez və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram", deyə o, Twitter-dəki mikrobloqunda yazıb.
Hüseynov dekabrın 27-də axşam saatlarında reper Pasterin (Pərviz Quluzadə) həbsi ilə bağlı etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb. O, şəhər kənarına aparılıb və amansızca döyülüb.
DİN Hüseynovun "razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə" saxlanıldığını təsdiq edib, amma döyülmə faktını təkzib edib. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.