Bu gündən Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.
Havanın çiskinli olacağı, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək isə arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.