İcbari tibbi sığorta zərfi: Dərmanlar da pulsuz olacaq?

2-01-2020, 17:52   


İcbari tibbi sığorta zərfi: Dərmanlar da pulsuz olacaq? - ÖZƏL

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti icbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfini müəyyənləşdirəcək. 

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabinetinə 10 gün ərzində xidmətlər zərfini müəyyən etmək tapşırılıb. Xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Xidmətlər zərfində nələrin olacağı və dərmanların da sığorta paketinə daxil olub-olmayacağı maraq doğuran məqamlardandır.

Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cebhe.info-nun suallarını cavablandırıb.

Agentlikdən verilən məlumata görə, ölkədə icbari tibbi sığortanın tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır:

“Xidmətlər zərfi hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübə nəzərə alınıbdır. Xidmətlər zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım xidmətləri daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Yeganə Oqtayqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.