Rusiya Müdafiə Nazirliyi:"QASİM SÜLEYMANİNİN ÖLDÜRÜLMƏSİ UZAQGÖRƏN ADDIM DEYİL"

3-01-2020, 18:20   
























“ABŞ-ın İİKK-nin “Qüds” xüsusi təyinatlı qüvvələrinin rəhbəri Qasim Süleymanini öldürməsi uzaqgörən addım deyil, Yaxın Şərqdə kəskin eskalasiyaya və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə səbəb ola bilər”.

Strateq.az “RİA-Novosti”-yə istinadla xəbər verir ki, bu rəy Rusiya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Nazirlikdən bildirilib ki, “general Süleymani səriştəli hərbi lider idi, Yaxın Şərq bölgəsində layiqli avtoritetə və əhəmiyyətli bir nüfuza sahib idi”.

Rusiya Federasiyası Müdafiə Nazirliyi “Qasim Süleymaninin bilavasitə rəhbərliyi altında ABŞ-ın qondarma “beynəlxalq koalisiya”nın yaranmasından xeyli əvvəl Suriya və İraqda beynəlxalq terrorçu təşkilatlar olan İŞİD və “əl-Qaidə”yə silahlı müqavimət göstərdiyini vurğulayıb.

“Onun Suriyada İŞİD-lə mübarizədəki şəxsi xidmətləri danılmazdır”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.