Süleymaninin qətli regionda təhlükəli eskalasiyaya gətirib çıxaracaq.
Bunu “RİA Novosti”yə açıqlamasında Karnegi Mərkəzinin rəhbəri Dmitri Trenin deyib. O, Tehranın ABŞ-a istənilən nöqtədə cavab verə biləcəyini söyləyib.
Trenin bu qətlin son günlərdə baş verən hadisələrin növbəti halqası olduğunu deyib.
ABŞ-ın eks-prezidenti Barak Obamanın Yaxın Şərq üzrə köməkçisi olmuş Robert Malli Trampın son addımla İrana faktiki olaraq müharibə elan etdiyini bildirib:
“Yaxın Şərqdə yeni müharibəyə izn verməyəcəyi vədini verən ABŞ Prezidenti faktiki olaraq müharibə elan etdi. İran hücumlarının qarşısını almaq üçün törədilən qətl bundan sonra onun artmasına səbəb olacaq. Bununla belə baş verən insident İrana çox ciddi zərbədir”.