İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı general Qasım Süleymaninin hərəkət marşrutu barədə kəşfiyyat məlumatını ABŞ-a İraqdakı dairələri ötürüb.Publika.az xəbər verir ki, bu barədə İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasından açıqlama verilib. Lakin həmin dairələrin hansı qüvvələr olduğu açıqlanmayıb.
Bildirilib ki, generalın olduğu təyyarə Dəməşqdən Bağdada uçub. General avtomobilə mindikdən sonra hədəfə alınıb.
Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” xüsusi qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.
Anar Türkeş