YAP 116 saylı Qəbələ seçki dairəsində bu dəfə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərova şans tanınmasa da, o, yenidən deputat olmaq iddiasından əl çəkməyib.
Bu barədə Mia.az-a hakimiyyət kluarlarından verilən məlumata görə, 81 yaşlı deputata müxətlif dairələrədn "artıq geri çəkilməyin vaxtıdır" mesajı verilib. Ancaq o, yaşının çox olmasına rəğmən, hələ də enerjili olduğunu deyərək, yenidən 116 saylı dairədən seçkiyə qatılıb.
Məlumata görə, Heydərovun bu inadı fevralın 9-da həmin dairədən başqa namizədin qalib çıxması ilə öz cavabını tapacaq...
Onu da qeyd edək ki, Heydərov YAP-ın siyahısı açıqlanmamışdan öncə mətbuata "Hələlik yorulmamışıq", - açıqlaması verərək, iddiasını iqtidara bəyan etmişdi.
Ancaq qeyd etdiyimiz kimi, YAP rəhbərliyi qocaman deputat Arif Rəhimzadə və digər yaşlı deputatlar kimi, Fəttah Heydərova da geri çəkilməyin vacibliyini rəsmən xatırladıblar. .
Qeyd edık ki, F.Heydərov 1995-dən Milli Məclisdə təmsil olunur.
Yeri gəlmişkən, YAP bu dəfə həmin dairədən Əliyev Samir Ramiq oğlunun namizədliyini irəli sürsə də, həmin dairədə əslində, iqtidarın başqa ciddi namizədinin olduğu bildirilir.
Məlumatda o da qeyd olunur ki, Fəttah Heydərovun oğlu Kəmaləddin Heydərovun da vəzifədən alınacağı gözlənilir.
Məlumata görə, 2006-ci ilin fevral ayının 6-da Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmiş K.Heydərovun 14 illik nazir karyerasına (bundan əvvəl 11 il Gömrük Komitəsinə rəhbərlik edib - red.) seçkidən seçkidən az sonra son veriləcək.
Bildirilir ki, hazırda həm ölkə, həm də ölkə xaricindəki əksər biznes layihələri çökən K.Heydərov bundan əvvəlki bəzi məmurlar kimi, "səhhətindəki problemlər və ölkədəki gəncləşmə siyasətinə dəstək" izahatı ilə könüllü istefaya gedəcək...