Bu yazıda, Washington mərkəzli araşdırma qrupu Brookings Institution əməkdaşı olan Metyu Frenklın seçkilərlə bağlı 171 halı təqdid edərək hazırladığı 12 səhifəlik
“Threaten but Participate: Why Election Boycotts Are a Bad Idea” (Təhdid Et amma İştirak Et: Niyə Seçki Boykotları Pis Fikirdir) araşdırmasının həm bütün nümunələr yerinə spesifik və əlaqədar bəzi nümunələrə də toxunaraq həm də gəldiyi ümumi nəticələri qeyd edərək xülasəsini təqdim etməyə çalışacam.
İlk Öncə, Seçkilər Niyə Boykot Edilir?Müəllif, seçkini boykot etməyin pis nəticələndiyin göstərmədən əvvəl müxalif partiyaların niyə boykot qərarını verdiyini anlamaq lazım gəldiyini bildirir. Çünki, (orijinal mətndə göstərildiyi kimi) hərçənd son 15 ildə yenidə düşüş baxmayaraq xüsusilə Soyuq Müharibədən (1989-cu il, 4%) sonra müxalif partiyaların seçkini boykot etməsindən artış olduğu müşahidə olunub. 2002-ci ildə bu 15%-ə yüksəlmişdi və 1995–2004 illəri arasında hər il təxmini 10 seçki müxalifət tərəfindən boykot olunurdu. Böyük ehimal, bu taktikanın işə yaramadığının fərqinə varılması ilə 2004-cü ildən etibarən düşüş yaşanır artıq.
Həmçinin qeyd etməkdə fayda var ki, seçki boykotların artışının ardında müsbət bir səbəb də var: Şərqi Avropa, Latın Amerika və Afrika kimi bölgələrdə demokratik siyasətin yüksəlişə keçməsi. Həmin bölgələrə demokratik siyasə ənənələr gəldikcə, digər yandan belə mübarizələr də özünü göstərir. Nümunələrin əksər çoxluğunda seçki boykotlarının arxasında yatan motivin, müxalif partiyaların seçki ədalətsizliyi olaraq dəyərləndirdiyi bir haldır. Əksər müxalif partiyaların, mövcud sistemin, təbiəti etibarilə ədalətsiz şəkildə iqtidar partiyasının lehinə fayda verən bir hal aldığını təcrübə etdiyi qeyd olunur. Bununla birlikdə, müəllif öz araşdırmasında sensasiyalı hallar olmadığı təqdirdə, seçki boykotunun işə yaramadığını və seçkini boykot edən müxalif partiyaları daha da pis vəziyyətə saldığını göstərir. Bu hala nümunə olaraq göstərilən ölkələr arasında Azərbaycandakı 2003-cü il seçkisi də yer alır:
“(Oxşar şəkildə,) 2003 prezident seçkilərində Azərbaycan müxalifətinin seçki pozuntularını əsas götürərək boykot etməsi, uzun müddət prezidentlik etmiş Heydər Əliyevin oğlu İlham Əliyev üçün inandırıcı qalibiyyətə gətirib çıxardı. Boykot və həftələrcə çəkən seçki sonrası etirazlara baxmayaraq, Amerika Birləşmiş Ştatları seçki nəticəsini tanıdı”.Bu hal – iqtidar partiyasının parlamentdəki 547 oturacağın 487-sini qazandığı 1994-ci il Efiopiya seçkisi, həmçinin iqtidarın 200 oturacaqdan 189-unu aldığı və həmin dövrdə hakimiyyətdə olan Ceri Rovlinqsin 2001-ci ilə qədər gücü əlində saxlamasına vəsilə olan 1992-ci il Qana seçkisi və ya köhnə iqtidarın gücü əlində saxladığı və 147 oturacaqdan 123-ünü aldığı 1997-ci il Mali seçkisi, hamısından yaşandı və illər göstərdi ki, müxalif getdikcə daha da pis vəziyyətə məruz qaldı. Həmçinin, ABŞ daha sonra bütün seçkiləri tanıdı.
Seçki Boykotu Təhdidi Nə Zaman İşə Yaraya Bilər?Müəllif, araşdırmasında gəldiyi nəticəyə əsaslanaraq, iqtidarın seçki boykotlardan qorxmağa ehtiyacı olmadığını bildirməklə yanaşı, müəyyən hallarda seçki boykotunun işə yaraya biləcəyini də qeyd edir. Azərbaycan, habelə Efiopiya, Qana və Mali — bu ölkələrdəki seçki boykotlarının işə yaramamasının başlıca səbəbi var budur: həmin ölkələr dünya siyasi arenasında böyük rol oynamır; nəticə etibarilə seçkilər, boykot edən müxalif partiyaların ehtiyac duyduğu beynəlxalq diqqəti çox da üzərinə çəkə bilmir. Lakin, seçki ilə bağlı boykot qərarı alan müxalif partiyanın bu diqqəti çəkə bildiyi nümunələr də var: Nelson Mendala kimi bir siyasi fiqura sahib olan Cənubi Amerika, Afrikadan başqa bir ölkə olan Kamboca və ya Bosniya. Dayton Sülh Müqaviləsində sonrakı ilk seçkidə xırvatlar və müsəlmanlar, müharibə cinayətkarı olaraq bilinən serb siyasi lider Radovan Koraciki seçkidən uzaqlaşdırmaq üçün boykot qərar aldı. Beynəlxalq ictiamiyyət seçkinin tamam təmsili təmin etməsinə ehtiyacı var idi və bu səbəblə serblərə Koraciki geri çəkilməsinə məcbur etməkləri üçün təzyiq etdi.
İşə yaramayan seçki talelərinin taleyiAraşdırmanın göstərdiyi ən dəqiq nəticələrdən biri də budur ki, sensasiyalı seçkilərdə boykot bəzən işə yaraya bilsə də digər halların az qala hamısında boykot məyusluqla nəticələnir. Daha sonrakı mərhələdə bu hal boykot edən müxalif partiyanın marginallaşdırılması və iqtidar partiyasının güclənməsi ilə yanaşı seçki dinamikalarında xoş olmayan dəyişiklərin olmasına yol açır.
Müxalif partiyasının marginallaşmasının başlıca səbəbi isə iqtidar yarışından bilərək özünü uzaqlaşdırığına dair imaj yaratması səbəbilə özünü hakimiyyətə istəkli olmayan bir pozisiyaya salır. Hətta bəzi hallarda seçki sonrası dövrdə müxalif partiyanın parçalanması da baş verə bilir. Təbii olaraq müxalif partiyasının marginallaşmasından ən çox əziyyət çəkən adətən həmin müxalif partiyanın rəhbərləri olur.
Müxalifət marginallaşması ilə yanaşı, bu məsələnin digər təbii təsiri isə iqtidar partiyasının öz gücünü daha da artıraraq hakimiyyətdə daha üstün şəkildə söz sahibi ola bilməsidir. Müxalifətin siyasi meydanı boş buraxması, iqtidar partiyasının konstitusiya dəyişikliyi də daxil olmaqla öz lehində qanun layihələri etməsinə fürsət yaradan yetərli əksəriyyəti (supermajority) təmin etməsinə səbəb olur. 2004–5 illərindəki Venesuela seçkilərində müxalifətin fərasətsiz boykotu ilə Hüqo Çavezin öz gücünü daha da artırması bu hala ən böyük nümunələrdən biridir. Həmin seçkidən sonra Çavez, özünə davamlı olaraq seçki qazandırmaq üçün prezidentlik şərti barədə olan konstitusiya qadağalarını dəyişdirərək siyasi gücünün nirvanasına çatma yolunda əmin addımlarla irəliləməyə davam etdi.
Araşdırmada bu iki halı (müxalifətin marginallaşması və iqtidarın güclənməsi) ən sərrast şəkildə göstərən bir nümunə Miloşeviçin prezidentliyidir. Miloşeviçin Serbiyanı NATO ilə baha başa gələn bir müharibəyə itələyən Kosovodakı repressiv hərəkətlərindən bir ay əvvəl Demokrat Partiyanın rəsmi nümayəndəsi onun iqtidarda qalmasına barədə “müxalifət bir çox fürsəti qaçırdı deyə Miloşeviç hələ də iqtidardadır” deyə qeyd edirdi.
171 seçki nümunəsini ehtiva edən araşdırmada boykotun effektivliyinin sadəcə 4% olduğu müəyyənləşib.
Həmçinin, müəllif araşdırmasının sonlarına doğru müxalif partiyalara tövsiyələr də verməyi unutmur.
Geniş iştirakı təşviq etmək: Müəllif, avtoritar rejimlərlə mübarizə aparanda boykot yerinə seçkidə xalqın yüksək səviyyədə iştirak etməsini təmin etmək üçün səfərbər olunmasını zəruri olduğunu vurğulayır. Həmçinin, bu hal, iqtidar partiyasının “müxalifətin arxasında xalq dəstəyi yoxdur deyə belə edir” deyə propaqanda aparmasının qarşısını alaraq iqtidarın əlini zəiflədir.
İctimai təzyiqə müraciət etmək: Müəllif, daha ədalətli seçki naminə beynəlxalq siyasi arenaya müraciət edərək bu gücdən istifadə etməsinin lazımlı olduğunu vurğulayır.
Sürətli hərəkət etmək: Avtoritar rejimlərin zamanla sağlamlaşmasını nəzərə alaraq, müxalifət olduqca sürətlə hərəkət etməlidir. Həmçinin, sürətli hərəkət xalq dəstəyi də alınaraq daha effektiv nəticələrin alınmasına yola aça bilir.
Bilal Əşrəfov