Türkiyə XİN:"BÖLGƏDƏ ABŞ-İRAN GƏRGİNLİYİNİN ARTMASINDAN ÇOX NARAHATIQ"

4-01-2020, 09:54   

Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusu “Qüds” Qüvvələrinin komandanı Qasim Süleymaninin Bağdadda öldürülməsi ilə əlaqədar mətbuat üçün açıqlaması verib.

Strateq.az nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, açıqlamada deyilir: “Bölgədə ABŞ-İran gərginliyin artmasından çox narahatıq. Xüsusilə, İraqın münaqişə zonasına çevrilməsinin həm İraqda, həm də bölgəmizdə sülh və sabitliyinə zərər verəcəyi xəbərdarlığını ciddi şəkildə vurğulayırıq.

Bu kontekstdə, İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı Qasim Süleymani və yol yoldaşlarının olduğu karvana bu gün sübh saatlarında Bağdadda edilən hava hücumu əməliyyatının bölgədəki etibarsızlığı və qeyri-sabitliyi artıracağı açıq-aşkar görünür.

Qeyd etmək lazımdır ki, bölgəmizdəki sabitliyi təhdid edən bu cür artan addımlar zorakılıq spiralını daha da gərildəcək və bütün tərəflər bu vəziyyətdən əziyyət çəkəcəklər.

Türkiyə bölgədə xarici müdaxilələrə, sui-qəsd və məzhəbçi qarşıdurmalara hər zaman qarşı olub.

Buna görə də, bütün tərəfləri sağlam zəka ilə və təmkinli davranmağa, bölgəmizin əmin-amanlığı və sabitliyinə xələl gətirəcək birtərəfli addımlardan çəkinməyə və diplomatiyanı üstün tutmağa dəvət edirik”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.